FUTBOL
UEFA "Barselona" klubunun futbolçularını cəzalandırdı
İspaniyanın "Barselona" klubun oyunçuları və məşqçilər heyəti UEFA tərəfindən cəzalandırılıb.
Olimpnews.az xəbər verir ki, buna səbəb kataloniyalıların UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İtaliyada keçirilən cavab oyunundan sonra baş verənlərdir. Belə ki, oyundan sonra antidopinq qaydalarını pozduqları üçün Lamin Yamal və Robert Levandovskiyə 5 min avro məbləğində cərimə tətbiq edib.
Ehtiyat skamyasında olan baş məşqçi Hansi Flik ümumi davranış prinsiplərini pozduğuna görə 20 min avro cərimələnib və bir oyunluq cəzaya məruz qalıb. Onun köməkçisi Markus Sorq da eyni səbəblərə görə eyni maliyyə və idman sanksiyası ilə üzləşib.
Paylaş :