FUTBOL
Dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşdi
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu, Ekvatorial Qvineya üzərində 1:0 hesablı qələbə qazanan Tunis millisidir.
Qeyd edək ki, H qrupunda qərarlaşan Tunis millisi 8 oyundan 22 xal toplayaraq qrupda birinci pillədə yer alıb.
Paylaş :