FUTBOL
Madrid “Real”ı çempion azarkeşini təbrik edib
Madrid “Real”ı ispaniyalı tennisçi Karlos Alkarası 2025-ci il ABŞ Açıq çempionatında qazandığı qələbə münasibətilə təbrik edib. "Hörmətli Karlos Alkaras ABŞ Açıq turnirində ikinci qələbəniz, altıncı "Böyük Dəbilqə" titulunuz və dünyanın 1 nömrəli tennisçisi titulunuz münasibətilə sizi təbrik edirik. Biz, Madridistalılar həmişə sizinləyik və sizinlə fəxr edirik. Təbrik edirik, çempion!", - deyə "Kral klubu"nun mətbuat xidməti yazıb.Qeyd edək ki, bu titul 22 yaşlı ispaniyalının peşəkar karyerasında 23-cü titul olub. Eyni zamanda, onun Böyük Dəbilqə turnirlərində artıq altı qələbəsi var.
Xatırladaq ki, Alkaras həm də “Real”ın azarkeşidir.
Paylaş :