FUTBOL
"Qalatasaray" üç xalı bir qolla qazandı
Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu "Alanyaspor" və "Qalatasaray" klubları arasında baş tutub. Matçın taleyini bir qol həll edib. Oyunda vurulan yeganə qolun müəllifi 23-cü dəqiqədə fərqlənən "Qalatasaray"ın futbolçusu Mauro İkardi olub. "Sarı-qırmızılar" 7 turdan sonra maksimum nəticə ilə liderliyini davam etdirir. "Aslanlar"ın aktivində 21 xal var. "Alanyaspor" isə 9 xalla səkkizincidir.
Paylaş :