FUTBOL
Ronaldo növbəti dəfə qolla yadda qaldı, komandası qalib gəldi
Səudiyyə Peşəkar Futbol Liqasında dördüncü turun oyunları keçirilir.
Olimpnews.az xəbər verir ki, "Əl-Nəsr" klubu səfərdə "Əl-İttihad"la qarşılaşıb. Oyun "Əl-Nəsr"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 9-cu dəqiqədə qonaqların futbolçusu Sadio Mane açıb. Qarşılaşmanın 35-ci dəqiqəsində Kriştianu Ronado hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, oyunu qələbə ilə başa vuran "Əl-Nəsr" 12 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-İttihad" isə 9 xalla üçüncüdür.
Paylaş :