FUTBOL
"Bayern Münhen"dən böyükhesablı qələbə
Futbol üzrə Almaniya Bundesliqasında V turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə "Bayern Münhen" klubu doğma meydanda "Verder Bremen"i qəbul edib. Oyun münhenlilərin böyükhesablı qələbəsi ilə başa çatıb -4:0. Vinsent Kompaninin komandasının heyətində Conatan Tah (22), Harri Keyn (45, p, 65) və Konrad Laymer (87) fərqlənib. "Bayern Münhen" qələbə sayəsində beş turdan sonra maksimum nəticə ilə birinci pillədəki mövqeyini qoruyub. "Musiqiçilər" isə 4 xalla 14-cü pillədədir.
Paylaş :