FUTBOL
Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında 6-cı turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk qarşılaşması "Şamaxı" və "Araz-Naxçıvan" klubları arasında olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 15:30-da start veriləcək.
Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
Günün ikinci qarşılaşması isə "Neftçi" və "Karvan-Yevlax" klubları arasında olacaq. "Palms Sport Arena"da keçiriləcək oyunu Kamranbəy Rəhimov idarə edəcək. Oyunun start fiti saat 19:00-d səslənəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Paylaş :