Nazim Babayev: "Məşqlərimin 60-70 faizini bağ şəraitində yerinə yetirə bilirəm"
BOK
26.04.2020, 17:01
Karantin dövründə olimpiyadunyasi.com və olimpnews.az saytı ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların müsahibələri ilə davam etdirir. Hər gün müxtəlif idman növləri üzrə federasiya rəsmiləri, idmançılar və onların məşqçiləri ilə əlaqə saxlayarıq. Bu dəfə ki, qonağımız üçtəkanla tullanma növü üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Avropa çempionatının (2019) qızıl medalçısı, Tələbələrin Yay Universiadasının ikiqat qalibi (Taypey-2017, Napoli-2019) Nazim Babayev oldu. Atletika üzrə yığma komandamızın üzvü karantin rejimində gördüyü işlərdən və çıxış etməli olduğu yarışlardan danışdı. - Nazim, karantin rejiminə görə idman zalları bağlanıb. Yəqin ki, sən də digər idmançılarımız kimi, məşqləri evdə keçirsən?
- Bildiyiniz kimi, koronavirusa görə ölkəmizdə idman zalları bağlanıb. Buna görə də formamızı qorumaq üçün məşqlərimizi ev şəraitində davam etdiririk. Ümumiyyətlə zallar bağlandığı gündən ailəmizlə birgə bağa köçmüşük. Azərbaycan Atletika Federasiyasının rəhbərliyindən xahiş etdim ki, bu müddət ərzində məşq etmək üçün məni lazımi idman avadanlıqları ilə təmin etsinlər. Xahişimi nəzərə aldığına görə, federasiyaya təşəkkür edirəm. Bu avadanlıqları götürərək bağa gətirdim. Bir sözlə, bağda özüm üçün mini trenajor yaratmışam. - Bəzi idmançılar evdə qalmağın çətinliklərindən danışırlar. Bəs sən necə, karantin rejiminə uyğunlaşa bilmisən?
- Mən və ailə üzvlərim heyvanları çox sevirik. Bağda it və göyərçin saxlayırıq. Qeyd edim ki, mən uşaqlıqdan itləri sevmişəm. Lakin həmişə məşqlərə və yarışlara görə heyvanlardan və təbiətdən həzz almaq imkanım olmurdu. Günümüz ancaq məşqlərlə keçirdi. Amma indi səhər tezdən yuxudan durub, yeməyimi yedikdən sonra iti gəzdirirəm. Sonra bağda görüləcək işlərlə məşğul oluram. Saat 11-12 radələrində isə məşq edirəm. Demək olar ki, məşqlərimin 60-70 faizini bağ şəraitində yerinə yetirə bilirəm. Adi vaxtlarda keçdiyimiz məşqlərdə pres və bel əzlələrinə ən sonda fikir verirdik. Məşq qurtardıqdan sonra yorğun olduğumuza görə, bu hərəkətlərə o qədər də diqqətlə yanaşmırdıq. Amma ev şəraitində hər bir əzələnin xırdalığına kimi inkişafına çalışıram. Gün ərzində iki üç dəfə, ev şəraitində məşqlərimi davam etdirirəm. Bundan başqa isə boş vaxtlarımda kitab oxuyuram. - Əsasən, hansı kitabları oxuyursan?
- Hazırda Varis Yolçiyevin "Bir ovuc torpaq” romanını oxuyuram. Bu kitabı çox sevirəm. Artıq demək olar ki, üçüncü dəfədir ki, bu romana müraciət edirəm. - Karantin rejimində özün üçün hansısa bir məşğuliyyət tapmısan?
- Bağımız Pirşağıda yerləşir və kifayət qədər böyükdür. Babam burada yaşayır. Mən isə adi vaxtlarda həftədə iki dəfə bağa gəlirdim. İtimi də bağa qoymuşdum ki, babama keşik çəksin, həyət-bacanı qorusun (gülür). Amma indi isə günüm demək olar ki, bağda keçir. Hər gün həyətə çıxıb ağacları budayır, yer belləyirəm. Həyətdə təmizlik işlərini görürəm. Karantin rejimində demək olar ki, ağac budamağa və digər həyət işlərinə dərindən yiyələnmişəm. Adi vaxtlarda belə işlərlə məşğul olmağa o qədər də həvəsli olmurdum. Amma karantin rejmində bu işlərlə məşğul oluram və görürəm ki, bu, kifayət qədər maraqlı və gözəl məşğuliyyətdir. - Digər idmançılarımız bir sıra layihələrə qoşularaq, düzgün idman hərəkətləri barədə xalqımıza məlumatlar verirlər. Sən necə, belə layihələrdə iştirak edirsən?
- Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yayımlanan televiziya layihəsində iştirak etmişəm. Bu layihə çərçivəsində ev şəraitində necə düzgün məşq etməklə bağlı hərəkətlər göstərmişəm. Fikrimcə, bu hərəkətlər insanların sağlam həyat tərzində qalması üçün çox gözəl vasitədir. - Atletika üzrə bir sıra mühüm yarışlar təxirə salındı. Bu, sənin üçün nə kimi çətinliklər yaradacaq? - Mart ayının 13-15-də dünya çempionatı keçirilməli idi. Lakin bu yarışın gələn ilin mart ayına keçirilməsi qərara alındı. Bundan əlavə Tokio-2020 və beynəlxalq turnirlər də pandemiya səbəbi ilə təxirə salındı. Hətta avqust ayında Fransa da keçirilməsi gözlənilən Avropa çempionatının da bu günlərdə təxirə salındığı elan olundu. Görünən odur ki, uzun müddət yarışlardan kənarda qalacağıq. Təbii ki, bu peşəkar idmançılar üçün bir qədər çətindir. Hər bir idmançı çalışır ki, özünü bu yarışlara hazırlasın. Lakin bir anda bütün yarışlar ləğv olunur. İndi il boyu etdiyimiz məşqləri və çəkdiyimiz əziyyətləri yenidən təkrarlamalıyıq. Bu isə həqiqətən də çox çətindir. Çünki il ərzində formanı qorumağın çətinliyini idmançılardan başqa heç kim yaxşı başa düşə bilməz. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
Bugün, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika