Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində

Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində

Boks

Bugün, 11:12

Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının ikinci günüdə Azərbaycan millisinin daha 3 bokçusu mərhələ adlayıb.

Bu barədə Olimpnews.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib. 

Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankova (Belarus) ilə döyüşüb. Boksçumuz ilk raundda rəqibinə tam üstünlüklə qalib gəlib. O, oktyabrın 7-də növbəti qarşılaşmasında Oleksandra Çerevata (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Cəmilə Muradlı (57 kq) da adını 1/4 finala yazdırıb. Təmsilçimiz startda Sara Persanı (Rumıniya) məğlub edib – 5:0 (30:24, 30:24, 30:25, 30:26, 30:27). Muradlı oktyabrın 8-də ikinci görüşündə Rozali Uhrova (Çexiya) ilə qüvvəsini sınayacaq.

Şükar Əliyev (80 kq) isə 1/16 finalda İqor Tomiçekə (Polşa) gücünü göstərib. 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan milli üzvü mərhələ adlayıb. O, oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan Lazare Dokvadze (Gürcüstan) ilə döyüşəcək.

Qeyd edək ki, 40 ölkədən 473 boksçunun qatıldığı Avropa çempionatı oktyabrın 11-də yekunlaşacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR