Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib

Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib

Olimpiya oyunları

Bugün, 00:44

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının onuncu yarış gününə yekun vurulub.

Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası ilk “onluğ”da yer alır. Ötən günlə müqayisədə 3 pillə geriləyən komandamız 3 qızıl, 1 gümüş medalla 10-cu pillədə qərarlaşır. 

Medal siyahısının ilk üç pilləsində dəyişiklik olmayıb. Belə ki, siyahıya 13 qızıl, 7 gümüş və 3 bürünc medalla Çin Xalq Respublikasının komandası başçılıq edir. Yaponiya komandası 20 (9 qızıl, 6 gümüş, 5 bürünc) medalla ikinci, Rusiya millisi isə 6 qızıl, 4 gümüş medalla üçüncü pillədə yer alır. Aktivində 6 qızıl, 1 gümüş, 3 bürünc medal olan Misir komandası dördüncüdür. 4 qızıl, 1 gümüş medalla Kenya komandası ilk beşliyi tamamlayır. 

Ümumilikdə 75 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 43-ü qızıl medala layiq görülüb.  

Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb. 

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR