Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi

Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi   

Olimpiya oyunları

Bugün, 23:38

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının səkkizinci yarış günü başa çatıb. 

Olimpnews.az xəbər verir ki, günü bir gümüş medalla başa vuran Azərbaycan komandası ötən günlə müqayisədə üç pillə irəliləyib. Komandamız hazırda 22-ci pillədə qərarlaşır. Siyahıya isə əvvəlki kimi Çin Xalq Respublikasının komandası başçılıq edir. Şərqi asiyalıların aktivində 15 (10 qızıl, 3 gümüş və 2 bürünc) medal var. Yaponiya komandası 8 qızıl, 3 gümüş, 4 bürünc medalla ikinci, Rusiya millisi isə 4 qızıl, 2 gümüş medalla üçüncü pillədədir. Aktivində 4 qızıl, 1 bürünc medal olan Misir dördüncü, 2 qızıl və 3 gümüş medal qazanan Xorvatiya komandası isə beşinci pillədə yer alır.

Ümumilikdə 68 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 35-i qızıl medal sevinci yaşayıb. 

Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl və 1 gümüş medal var. Qızıl medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb. Çimərlik güləşi üzrə təmsilçimiz Nihad Süleymanov (80 kq) isə gümüş medala sahib çıxıb.  

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR