Üzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq 

Üzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq 

Olimpiya oyunları

Bugün, 09:40

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının üzvü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxacaq. Bayraqdarımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edəcək. Komandamızın üzvü Bakı vaxtı ilə saat 14:36-da yarışa qoşulacaq.

Süleyman İsmayılzadə noyabrın 3-də 400 metr məsafəyə sərbəst üsulla üzmədə çıxış edərək, məsafəni 3:59.46 saniyəyə qət edərək final mərhələsini 8-ci pillədə başa vurub. Üzgüçümüzün ilk yarış proqramında yer alan 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışı isə suyun temperaturunun yüksək olması səbəbindən ləğv edilib.

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR