Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı

Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı

Olimpiya oyunları

Bugün, 15:38

Azərbaycan komandasının üzgüçüsü Süleyman İsmayılzadə Dakar-2026-da növbəti yarışına çıxıb. 

Olimpnews.az xəbər verir ki, bayraqdarımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edib. Komandamızın üzvü təsnifat mərhələsini 01.53.14 saniyə nəticə ilə tamamlayıb. İdmançımız bu nəticə ilə altıncı yeri tutaraq finala vəsiqə qazanıb. 

Final mərhələsinə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.  

Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR