Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub

Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub

Gimnastika

Bugün, 17:53

Azərbaycan təmsilçiləri Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıblar.

Bu barədə Olimpnews.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq yığması 25 xalla qızıl medala sahib çıxıb.

Komanda Danimarka seçməsini 1 xal qabaqlayaraq çempion olub.

Qeyd edək ki, Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR