Dakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı   

Dakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı   

Olimpiya oyunları

Bugün, 21:04

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlar davam edir. Azərbaycan millisinin üzvü Nihad Süleymanlı (80 kq) turnirin finalına vəsiqə qazanıb.

Olimpnews.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi hər üç görüşdə qələbə qazanan idmançımız yarımfinalda yunanıstanlı Konstantinos Mourtzilakislə qarşılaşıb. Rəqibinə qalib gələn Nihad Süleymanlı adını finala yazdırıb. O, qızıl medal uğrunda həlledici görüşdə seneqallı Marquette Diopla qarşılaşacaq. 

Digər təmsilçimiz Günel Kərimli (55 kq) isə yarımfinalda seneqallı Elizabet Diatta məğlub. İdmançımız üçüncü yer uğrunda görüşdə isə konqolu Step Manzanza Tsimbata uduzaraq yarışları beşinci yerdə başa vurub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR