Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”

Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”

Olimpiya oyunları

Bugün, 04:15

Azərbaycan idmançısı Tunar Quliyev Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında qızıl medal qazanıb. 

Olimpnews.az xəbər verir ki, möhtəşəm qələbəsi ilə ölkəmizin üçrəngli bayrağını yüksəklərə qaldıran və dövlət himnimizi səsləndirən idmançı, bu uğurun uzun və çətin məşq prosesinin nəticəsi olduğunu bildirib. O, əvvəlki dörd yarışda məğlubiyyətlə üzləşməsinə baxmayaraq, əzm və iradə nümayiş etdirərək bu yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.   

Tunar Quliyev qazandığı tarixi qələbədən sonra təəssüratlarını bölüşüb:

 "Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir. Ardıcıl dörd yarışda, məğlub olsam da təslim olmadım və bu gün Yeniyetmələrin Olimpiya çempionu adını qazandım. Bu uğurda böyük əməyi olan yığma komandanın məşqçilərinə, eləcə də şəxsi məşqçimə, anama və atama minnətdarlığımı bildirirəm. Biz bu çətin günləri birgə keçdik və nəhayət, böyük qələbəni qazandıq."

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR