Çimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı  

 Çimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı  

Olimpiya oyunları

Bugün, 21:21

Azərbaycan idmançısı Tunar Quliyev Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında qızıl medal qazanıb.

Olimpnews.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Gürcüstan idmançısı Luka Maxaradzeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, A qrupunda yer alan Tunar Quliyev qrup mərhələsində Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, Anqola idmançısı Diasivi Reanato və Puerto-Riko təmsilçisi Joab Kabril Karilyo Rodrigesi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda isə Ukrayna təmsilçisi Mikita Kuzmenkoya qalib gələrək finala yüksəlib.

Bu gün həmçinin daha bir çimərlik güləşçimiz Elgün Kərimli (90 kq) də final görüşünə çıxacaq. İdmançımız finalda gürcüstanlı Nuradin Mustafayevlə qarşılaşacaq.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR