Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”

Nihad Süleymanlı: \"Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”

Olimpiya oyunları

Bugün, 03:17

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlarda gümüş medal qazanan Nihad Süleymanlı Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi müsahibədə yarışdakı çıxışını dəyərləndirərək təəssüratlarını bölüşüb.

Olimpnews.az xəbər verir ki, yarışda əsas məqsədinin çempionluq olduğunu bildirən idmançı, müəyyən səhvlər səbəbindən gümüş medalla kifayətlənməli olduğunu qeyd edib: "Məqsədim çempion olmaq idi, amma qismət olmadı. Müəyyən səhvlər etdim və gümüş medal qazandım. Səhvlərimin üzərində daha çox çalışıb, gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm."

Nihad Süleymanlı əldə olunan uğurda əməyi keçən hər kəsə, o cümlədən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, eləcə də məşqçilərinə minnətdarlığını bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR