AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar

AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar

Su idman növləri

Bugün, 10:45

Türkiyənin Mersin şəhərində keçirilən 9-cu "Uluslararası Altın Kanca Surfkastinq Turnuvası" başa çatıb.

Olimpnews.az xəbər verir ki, oktyabrın 2-dən 4-dək davam edən çempionatda Bakı Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələr arası yarışda birinci yerə layiq görülüblər.

​Gərgin və rəqabətli şəraitdə keçən turnirdə Azərbaycana qələbə qazandıran idmançılarımız Şimali Kipr Türk Respublikası, Tunis, Yunanıstan və Mərakeşdən gələn güclü rəqibləri geridə qoymağı bacarıblar.

​Qeyd edək ki, Azərbaycan idmançıları bu mötəbər beynəlxalq çempinonata Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Su İdmanı Federasiyasının dəstəyi ilə qatılıblar. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR