Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda

Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda

Cüdo

Bugün, 13:12

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb. 

Olimpnews.az xəbər verir ki, -52 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz 1/8 finalda avstraliyalı Tınka Eastonla qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız adını 1/4 finala yazdırıb. 

-66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Paşayev də çempionatda 1/8 final görüşünə çıxıb. İtaliyalı Valerio Akkolyi ilə qarşılaşan cüdoçumuz ilk görüşdəki qələbəsinin ardını gətirə bilməyib və rəqibinə məğlub olub.  Beləliklə, bu gün mübarizəyə başlayan Nizami İmranov və Turan Bayramovun ardından Ruslan Paşayev də dünya çempionatı ilə erkən vidalaşıb. 

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, -60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR