Möhtəşəmliyi dünyanı heyrətləndirən idman arenaları - Eksklüziv
BOK
27.04.2020, 17:23
Futbol idman növləri arasında ən məşhurudur. Futbol matçlarının keçirildiyi stadionlar həmişə azarkeşlərin maraq dairəsindədir. Bu gün dünyada görünüşünə, izləyici tutumuna və digər özəlliklərinə görə qiyabi də olsa sizi bir neçə stadionla tanış etmək istəyirik.
"Bakı Olimpiya Stadionu"
Stadionunun rəsmi açılışı 2015-ci ilin 6 martında ölkə başçısı İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Stadion azarkeş tutumuna görə Cənubi Qafqazın ən böyük idman arenasıdır. Eyni vaxtda canlı olaraq 69,870 tamaşaçı idman tədbirlərini izləyə bilir. 2015-ci il də Bakının ev sahibliyi etdiyi I Avropa oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda keçirilmişdir. 2017-ci il də 4-cü İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış tədbirlərinə də ev sahibliyini bu möhtəşəm arena etmişdir. 2019- cu il də Avropa Liqasının final matçı bu arenada keçirilmişdir. AVRO- 2020 Avropa Çempionatının qrup və 1/4 matçlarını bu stadion qəbul edəcək.
"Asteka" stadionu
Meksikanın paytaxtı Mexiko şəhərində yerləşir. Stadionun izləyici tutumu 105 min nəfərdir. "Asteka" arena dünyanın ən yüksək stadionlarından biridir. Deniz seviyəsindən 2 min 200 metr yüksəklikdə yerləşir. Ölkənin əsas millisi və "Amerika" futbol klubu rəqiblərini bu arena da qəbul edir. Stadion 1966-cı ildə müxtəlif tədbirlər təşkil etmək məqsədi ilə istifadəyə verilib. 1970 və 1986-cı illər də keçirilmiş futbol üzrə dünya çempionatlarının finalına ev sahibliyi edib. Bu baxımdan dünyada ilk stadion hesab edilir. 1968-ci il də keçirilən Brazilya-Meksika matçını rekord sayda 119 min 853 azarkeş canlı izləmişdir. Stadionda futbol matçlarından başqa tədbirlər də keçirilir. Belə ki, 1986-cı il də Maykl Cekson stadionda ard-arda 4 dəfə konsert verib. Hər konsertinə 100 mindən artıq izləyici gəlib. "Amerika" futbol klubununun bu stadionda keçirdiyi oyunlarda 65 min azarkeş matçı canlı izləyir.
"1 May stadionu"
Dünyanın ən böyük idman arenalarında biridir. Azarkeş tutumu 150 min nəfərdir. Stadion orjinal görünüşü ilə insanları özünə cəlb edir. Stadionun xarici görünüşü dəniz dalğalarının xatırladır. Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində yerləşir. 1989-cu il də istifadəyə verilib. Əsas futbol millisi rəqiblərini bu arenada qəbul edir. Bir çox turist və idmansevər bu stadionu görməyi xəyal edir.
"Marina Körfəzi" stadionu
Dünyada ilk və tək üzən stadiondur. Sinqapurda yerləşir. 1995-ci ildə xüsusi olaraq Sinqapur milli komandası üçün tikilib. 30 min izləyicisi eyni vaxtda qəbul edə bilir. Arena uzunluğu 120 metr, eni 83 metr platformanın üzərində yerləşir. 2007-ci ildən başlayaraq stadionda müxtəlif konsertlər, bayramlar və digər tədbirlər təşkil edilir.
"Bukit Cəlil" stadionu
Futbol sevərlərin marağına səbəb olacaq daha bir stadion isə Malayziya paytaxtı Kuala Lumpurda yerləşir. "Bukit Cəlil" stadionu ekzotik bitkilər və hovuzların əhatə edilmiş həyətə sahibdir. Asiyanın bu şəhərində yerləşən stadion 110 min azarkeş tutumuna malikdir. Malayziya kuboku, super kuboku matçları və əsas millinin oyunları bu stadionda keçirilir. Dünyaca məşhur "Mançester Yunayted" və "Çelsi" klubları bu stadionda matç keçiriblər.
"Yoyogi" stadionu
Tokioda yerləşən "Yoyogi" stadionu öz cəlbedici görünüşü ilə göz oxşayır. Arenanın tikintisi 1964-cü il də başa çatıb. Stadionun tikilmə məqsədi isə Dünya miqyaslı yarışlara və Olimpiyadalara ev sahibliyi etmək idi. İstifadəyə verildiyi gündən bu günə qədər Yaponiyanın ən böyük stadionu olaq qalır. İri miqyaslı yarışlar da daxil olmaqla bir çox idman tədbirlərinə ev sahibliyi edir. Arenanın ətrafında idman meydançaları və piknik üçün xüsusi yerlər var. Bir sözlə insanların istirahəti üçün stadionun ətrafında hər şərait var.
"Visente Kalderon" stadionu
Bu arena İspaniyanın paytaxtı Madrid şəhərində yerləşir. Paytaxt təmsilçisi olan "Atletiko" ev oyunlarını bu stadionda keçirir. 54, 960 izləyici tutumuna malik olan arena 1966-cı ilin 2 martında istifadəyə verilib. Stadionun adı Atletiko Madridin əfsanəvi prezidenti Visente Kalderonun şərəfinə adlandırılıb. 1982-ci il FİFA Dünya çempionatının üç qrup matçına ev sahibliyi edib. Maraqlı məqam isə ondadır ki, stadionun zirzəmisindən avtomobil yolu keçir. 2016-cı ildə bu stadion istismar müddətini bitirdiyindən bağlandı. Əvəzində yeni stadion
"Vanda Metropoliano" istifadəyə verildi.
"Metropoliano" adı "Visente Kalderon" stadionun ilk adı olub.
"Səhənd" stadionu
Təbrizin cənubunda yerləşir. Stadion İranda ikinci Güney Azərbaycanda isə ən böyük arenadır. Eyni vaxtda stadionda 85.000 azarkeş sevimli klublarına dəstək verə bilir. Təbriz təmsilçisi "Traktor" rəqiblərini bu stadionda qəbul edir. Əsasən matçlarda stadion azarkeşlərlə tam dolu olur.
"Kamp Nou" stadionu
Katalon dilindən tərcümədə yeni meydan deməkdir. İspaniyanın Barselona şəhərində yerləşir. 99.300 azarkeş tutumuna malik olan stadion Avropada ən böyük futbol arenasıdır. "Barselona" futbol klubu ev oyunlarını bu möhtəşəm stadionda keçirir. Bütün dünyada "Kamp Nou" kimi tanınan stadionun tam adı "Estadio del Futbol Club Barselona"dır. Stadionun azarkeş tutumunun 15 min artırılması planlaşdırılır.
"Lujniki " stadionu
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşir. Avropanın ən böyük stadionlarından biridir. 1983-cü il də yenidən qurma işlərindən sonra istifadəyə verilən arena bütün irimiqyaslı yarışları qəbul etmək gücünə malikdir. Stadion Lujniki Olimpiya kompleksinin bir hissəsini təşkil edir. 81 min azarkeş tutumuna malik olan stadion 2008-ci il də UEFA Çempionlar Liqasına ev sahibliyi edib. Amma, bu stadionun kənarında bu gündə avtomobil tıxacı yaranır. Hər matç günündə təqribi 20 min nəqliyyat vasitəsi tıxaclar yaradır.
Qasım Xuluflu
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri