Olimpiya Oyunları ləğv ediləcək?

Olimpiya Oyunları ləğv ediləcək?

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi də mümkündür. Almaniyanın sporza.be saytının verdiyi xəbərə görə əgər koronavirus pandemiyasına 2021-ci ildə nəzarət etmək mümkün olmasa, yarışlar ləğv ediləcək. Təşkilat Komitəsi bu məsələni müzakirə edib.

Qeyd edək ki, Tokio olimpiadası gələn il iyulun 23-də start götürəcək və avqustun 8-dək davam edəcək.