Patimat Abakarova: “Ailəm və doğmalarım üçün çox darıxmışam”
BOK
11.06.2020, 17:09
Oxucuların marağını nəzərə alaraq, “Olimpiyadunyasi.com” və “olimpnews.az” saytı karantində olan idmançılarımızdan xəbər verməyə davam edir. Silsilə yazılarımızın budəfəki xanım qonağı taekvondo üzrə milli komandamızın üzvü Patimat Abakarovadır. Rio-2016 Olimpiadasının və birinci Avropa Oyunlarının bürünc mükafatçısı, Bakı-2017-nin qalibi, Avropa çempionatının gümüş medalçısı olan legioner idmançımız, karantin dövrünü Bakıda keçirdiyini bildirib. Taekvondoçumuzla hazırladığımız müsahibəni sizə təqdim edirik.
- Patimat, karantini necə keçirirsiniz?
- Karantini Bakıda tək keçirirəm. Ailəm hazırda Mahaçqaladadır. Təəssüf ki, sərhədlər bağlandığı üçün ailəmin yanına gedə bilmdədim və Bakıda qalmalı oldum.
- Uzun müddət davam edən karantin dövründə ailənizdən uzaq qalmaq sizə çətin deyil?
- Əlbəttə ailəmdən uzaq düşmək mənə çətindir. Lakin mənim çox yaxın rəfiqəm məni bu çətinlikdən az da olsa xilas edir. Biz demək olar ki, günün 24 saatını bir yerdə keçiririk. Yalnız bu səbəbdən mənim karantini tək Bakıda keçirməyim mümkün olub. Əks halda bu qədər uzun müddət tək qala bilməzdim (gülür).
- Maraqlıdır, bu özünütəcrid müddətində vaxtınızı necə keçirisiniz?
- Hər kəs üçün çətin bir dövürdə bir olub virusla mübarizə aparmalıyıq. Nə qədər də çətin olsa da, dövlətin verdiyi qərarlara riayət edib, evdə qalmalıyıq. Vaxtımın əsas hissəsini isə təbii ki, ev şəraitində məşqlərə ayırıram. Formamı saxlamağa çalışıram. Düzdür, evdə tam istədiyim şəkildə məşq etmək mümkün deyil. Amma buna baxmayaraq, ümid edirəm ki, yaxın müddətdə hər şey yoluna düşəcək. Əslində, evdə vaxtımızın səmərələri keçməsi üçün müxtəlif yollar var. Məsələn, əgər sizin ailəniz böyükdürsə, müxtəlif oyunlar oynaya bilərsiniz. Hesab edirəm ki, bu çox əyləncəli və maraqlı olar. Yaxud sadəcə olaraq film, serial izləyə və ya maraqlı kitablar oxuya bilərsiniz.
- Əvvəlki vaxtlarla müqayisədə ölkəmizdə yumuşaldılmış karatin rejimi hökm sürür. Bu sizin həyatınıza və ya məşq prosesinizə təsir edib?
- Məşq etməyə hələ ki, evdə davam edirəm. Kiçik zədəmin olması səbəbi ilə park və ya meydaçalara müraciət etmirəm. Hazırda bərpa prosesindəyəm və demək olar ki, sağalmışam. Düşünürəm ki, tam bərpa olduqdan sonra məşqlərim daha da mütamadi olacaq.
- Evdə olduğunuz müddətdə formanızı qorumaq üçün hər hansısa pəhrizdən istifadə edirsiniz?
- Bütün gün evdə olmağım və tam şəkildə məşqlərə qayıtmadığım üçün şirniyyat və un məmulatlarında az istifadə edirəm. Ümumilikdə isə xüsusi bir pəhriz saxlamıram, yəni rasionumda xüsusi bir dəyişiklik yoxdur.
- Necə düşünürsünüz, karantindən sonra əvvəlki həyat rejiminizə qayıtmaq sizə çətin olmayacaq?
- Hesab edirəm ki, bu çoxları üçün çətin olacaq. Çünki xeyli müddətdir insanlar evdə qalıb və bu rejimə öyrəşib. Həmçinin də mən. Düşünürəm ki, tam şəkildə məşq etməyə başladığım müddətin ilk iki həftəsində bəzi çətinliklərim olacaq. Belə ki, uzun müddət evdə, əvvəlki qaydada mütamadi məşqsiz qalmaq, təbii ki, insana təsir edir. Buna görə də, əvvəlki formaya düşməyim üçün bir qədər zaman tələb olunacaq. Düzdür, karantin rejimi bir çox insanların həyat tərzinə təsir etsə də, düşünürəm ki, bəziləri bundan istifadə edərək ailəsi və yaxınları ilə daha çox vaxt keçirir. Ümid edirəm ki, tezliklə koronavirus pandemiyası bitər və insanların həyatı yenidən öz axarına düşər.
- Karantin rejimi bitdikdən sonra ilk edəcəyiniz iş nə olacaq?
- Yarışlarımız təxirə salınıb və nə zaman yenidən bərpa olunacağı məlum deyil. Buna görə də, sərhədlər açılandan sonra ilk olaraq ailəmin yanına yollanacağam. Ailəm və doğmalarım üçün çox darıxmışam. Sonuncu dəfə ailəmlə yeni il tətilində görüşmüşəm. Buna görə də, səbirsizliklə sərhədlərin açılmasını gözləyirəm.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
Bugün, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
Bugün, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
Bugün, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
Bugün, 13:36 Müsahibə
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
Bugün, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
Bugün, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
Bugün, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
Bugün, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
Bugün, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
Bugün, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
Bugün, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
Bugün, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
Bugün, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
Bugün, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol