“Açıq havada olan məşqlər idmançıların fiziki hazırlığı üçün çox vacibdir”
BOK
15.09.2020, 17:07
Artıq aylardır ki, dünyanı cənginə almış COVİD-19 pandemiyası sadə insanlarla yanaşı, idmançıların da həyatına müəyyən məhdudiyyətlər tədbiq edib. İnsanların sağlamlığını düşünərək ölkə rəhbərliyinin tədbiq etdiyi karantin qaydalarına xalqımız ciddi şəkildə riayət edir. Xəstəliyin bir qədər zəifləməsini nəzərə alaraq, ölkəmizdə bir neçə iaşə obyektlərinin fəaliyyətinə, həmçinin açıq havada məşqlərin və idman yarışlarının keçirilməsinə icazə verilib. Voleybolçularımızın açıq havada məşq proseslərinin necə keçdiyini öyrənmək üçün Azərbaycan Voleybol Federasiyası ilə əlaqə saxladıq. Azərbaycan Voleybol Federasiyasından “Olimpiya dünyası” qəzetinə verilən müsahibəni sizə təqdim edirik.
- Artıq bir sıra idman federasiyaları ikinci yumşaldılma prosesindən sonra açıq havada məşqlərə başlayıb. Voleybolçularımızın açıq havada məşqləri necə keçir?
- Bildiyiniz kimi bir müddətdir ki, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildi. Bu qərar bütün idmançılar kimi, voleybolçularımız üçün də sevindirici xəbər oldu. Açıq havada olan məşqlər idmançıların fiziki hazırlığı üçün çox vacibdir. Qeyd edim ki, bu icazə bizə komandalarımızı bir yerə toplamağa imkan verdi. Təbii ki, məşqlər voleybolçularımızın yalnız fiziki vəziyyətini yüksəltmək üçün tətbiq olunur. Məlumdur ki, açıq havada voleybol yarışları və ya tam şəkildə məşq etmək mümkün deyil. Onu da vurğulayaq ki, milli komandamızın üzvləri Türkiyədə məşqlərinə davam edir. Bunun sayəsində əsas yığmamızın sabahından formalaşan komandamız Türkiyədə beynəlxalq turnirə də qatıldı. Lakin tam məşqlərimiz isə qapalı məkanlarda idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verildikdən sonra bərpa ediləcək.
- May ayında koronavirus pandemiyası səbəbi ilə voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqada 2019-20-ci illər mövsümü ləğv olundu. Yeni mövsümün keçirilməsi ilə bağlı hansısa qərarlar verilib?
- 2019-20-ci illər mövsümü ölkə çempionatı (qadınlar və kişilər) iki dövrə, yarımfinal və final mərhələsindən ibarət olmaqla keçirildi. Lakin II dövrənin oyunları zamanı pandemiya səbəbi ilə hər iki çempionatın oyunları dayandırıldı. Bu halda çempionatda komandaların tutduğu yerləri müəyyən etmək üçün bir çox suallar yarandı. Bunlardan ən əsası isə komandaların keçirdiyi oyunların bərabər olmaması oldu. Bu kimi məsələləri nəzərə alaraq, Azərbaycan Voleybol Federasiyası və klub rəhbərliyinin keçirdiyi geniş iclasda dayandırılmış çempionatların nəticələrinin ləğvi haqqında qərar qəbul edildi. Yeni mövsümlə bağlı isə hazırda müzakirələr aparılır. Bildirək ki, Azərbaycan Voleybol Federasiyası yeni mövsümün keçirilməsi ilə bağlı veriləcək qərarlar haqqında məlumatları yaxın zamanda mətbuata açıqlayacaq.
- MDB oyunlarının da təxirə salındığı məlumdur. Gələn il keçirilməsi gözlənilən yarışlarda həm kişi, həm qadın voleybolçularımız iştirak edəcək?
- Təəssüf ki, dünyanı cənginə almış koronavirus pandemiyası səbəbi ilə demək olar ki, bütün dünyada ölkə birincilikləri, beynəlxalq yarışlar dayandırılıb, bəzilərinin isə vaxtı dəyişdirilib. Milli komandalarımızın gələn il keçiriləcək və daha əvvəldən iştirakları nəzərdə tutulan yarışlarda ölkəmizi təmsil etmələri planlaşdırılır. MDB oyunlarında isə eyni qaydada həm kişi, həm də qadın voleybolçuların iştirakı gözlənilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm
-
Bakıda cüdo üzrə beynəlxalq texniki seminar keçirilir
24.07.2026, 19:48 Cüdo
-
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
24.07.2026, 15:44 Olimpiya dünyası
-
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24.07.2026, 13:42 Futbol
-
Dünya çempionundan təsirli paylaşım
24.07.2026, 13:07 Gündəm
-
Azərbaycan reytinqində 26-cı pillədə qərarlaşıb
24.07.2026, 13:06 Futbol
-
Onur Quluzadənin növbəti sınağı
24.07.2026, 10:18 Tennis
-
Konfrans Liqası: "Zirə" səfərdə məğlub oldu
23.07.2026, 22:23 Futbol
-
"Qarabağ" Bakıda ÇSKA ilə heç-heçə edib
23.07.2026, 22:05 Olimpizm xəbərləri
-
Frenki de Yonqun "Barselona"dakı gələcəyi sual altındadır
23.07.2026, 13:12 Futbol
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
23.07.2026, 12:51 Su idman növləri
-
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
23.07.2026, 12:29 Şahmat
-
Ölkəmizin UEFA reytinqində mövqeyi dəyişməyib
23.07.2026, 11:35 Futbol
-
Konfrans Liqası: "Zirə" Estoniya klubu ilə qarşılaşacaq
23.07.2026, 11:14 Futbol
-
Dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
23.07.2026, 10:33 Güləş
-
UEFA Avropa Liqası: Bu "Qarabağ" Bakıda ÇSKA ilə qarşılaşacaq
23.07.2026, 10:11 Futbol
-
Media nümayəndələri arasında stolüstü tennis turniri keçirilib
22.07.2026, 22:36 Tennis
-
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
22.07.2026, 22:17 Gimnastika
-
Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu
22.07.2026, 22:00 Futbol
-
Bu gün Milli Mətbuat Günüdür
22.07.2026, 00:38 Olimpiya dünyası
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol