Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər

Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər

Cüdo

Bugün, 13:18

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.

Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke) tatami üzərinə çıxacaqlar. Gənclərin heyətində isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) yer alıb.

Onlar "nage-no-kata" üzrə mübarizə aparacaqlar.

Sentyabrın 26-27-də keçiriləcək dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR