Elnur Məmmədli: “Zallar da ona görə açılmır ki, biz özümüzü virusdan qorumuruq”
BOK
22.09.2020, 18:37
Cüdo üzrə Olimpiya çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli idmanla bağlı fikirlərini bildirib. O, bu gün Gənclər və İdman Nazirliyinin “Facebook” hesabındakı canlı yayım zamanı özü ilə bağlı bəzi məsələlərə toxunub. 32 yaşlı idmançı qeyd edib ki, gələcəkdə veteranlar arasında yarışda iştirak edə bilər: “Veteranlar arasında yarışlarda iştirak etmək istərdim. Amma həmin yarışlarda iştirak etməyə yaşım imkan vermir. Bununla belə, gələcəkdə belə yarışlarda iştirakım mümkündür”.
İngilis dilimi təkmilləşdirmək üzərində işlədiyini bildirən Elnur Məmmədli qapalı zallarda məşq etməyə icazə verilməməsinə də münasibət bildirib: “Biz özümüz-özümüzün həkimi olmalıyıq. Zallar da ona görə açılmır ki, biz özümüzü virusdan qorumuruq. Hökumət buna uyğun olaraq qərar verir. Olimpiya çempionu olaraq mən də istərdim ki, qapalı zallar açılsın. Amma görünür, yoluxma sayındakı statistikaya baxılıb, belə qərar verilir”.
E.Məmmədli idmançı karyerasında başına gələn maraqlı əhvalat da danışıb:
“İdmançı olan vaxt həmişə çəki ilə bağlı problemim olub. Həmişə 73 kiloqramda yarışmışam. Amma bir dəfə 81 kiloqramda Moskvada Böyük Dəbilqə yarışında iştirak etməli idim. Çəkimin artdığını məşqçimdən gizlətmişdim. Tərəziyə çıxanda çəkim 88 kiloqam oldu. Məşqçim dedi ki, deyəsən, tərəzi səhv göstərir. Sonradan çəkimi 15 kiloqram salmaq üçün məni əməlli-başlı danladılar”.
Olimpiya çempionu həmçinin gələcəkdə baş məşqçilik etmək məsələsinə də aydınlıq gətirib. “Özümü hələlik baş məşqçi qismində görmürəm. Amma sevindirici haldır ki, artıq sərbəst güləş üzrə millimizin baş məşqçisi Namiq Abdullayev təyin olundu. Dünən zəng edib, onu təbrik etmişəm.
Hər zaman uduzanda zəif idmançılara uduzmuşam. Güclü idmançılara qarşı yaxşı köklənirdim. Zəif idmançılarla qarşılaşanda özümə çox arxayın olurdum. Ona görə də uduzurdum. Cüdo ilə məşğul olmasaydım, idman növü kimi futbolu və bir də hokkeyi seçərdim”, – deyə Elnur Məmmədli bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol
-
İspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
15.07.2026, 01:04 Futbol
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat