Hokkeyçi diskvalifikasiya edilib

Hokkeyçi diskvalifikasiya edilib

“Salavat Yulayev” hokkey klbubunun müdafiəçisi Qriqori Panin bir oyunluq diskvalifikasiya edilib. Buna səbəb isə onun “Avanqarda” komandasının oyunçusu Sergey Şumakovun başına endirdiyi zərbə olub.  Qarşılaşma vaxtı Q.Panin cəzalanmayıb, zərərçəkmiş isə bir daha buzun üzərinə qayıtmayıb.
“Təqdim olunan materiallar əsasında Kontinental Hokkey Liqasının intizam qaydalarının 27-ci maddəsinin 1.3.2-ci bəndi üzrə bir oyunluq diskvalifikasiya və pul cəriməsi qəbul edilib”, - deyə liqanın rəsmi səhifəsində bildirilib.