Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib

Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib

Voleybol

Bugün, 22:10

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib.

Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Mükafatı ona İstanbulda təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Türkiyə-Azərbaycan qarşılaşmasında Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib. Bu mükafat Faiq Qarayevə Türkiyədə voleybolun inkişafındakı xidmətlərinə görə verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR