Cənab Ali Baş Komandan - şeir
BOK
02.11.2020, 13:35
Xalq sınıq, yurd yaralı,üzülmüşdü əl dərmandan Düşmən şıq, dost aralı,üzülərmi el Rəhmandan? Mülk eşqi dünyadandı, Vətən eşqi din-imandan, Çıxdı, Allaha şükür, qılınc qından, ox kamandan. "Vaxtıdır, əsgər, irəli!" əmri gələn ilk zamandan, Millət əsgərdi sizə, cənab Ali Baş Komandan. Düşmənin vaxtı bitib,dövran bizim,çağ bizimdir, Qarabağ Azərbaycan, "Qara"bizim, "Bağ"bizimdir, Torpaqda ortaq olmaz,aran bizim,dağ bizimdir, Bir ağacdır qocaman, rişə bizim,tağ bizimdir. Düşmən dad etsə də, nə dağdan "Hay" var, nə ormandan, Sizə millət güvənir, cənab Ali Baş Komandan. Bizə bəs torpağımız, bundan artıq istəmirik, Dağda-daşda yatarıq, özgə yastıq istəmirik, Ağ gördük biz qatığı, qara qatıq istəmirik, Azadlıq bütöv olur, yamaq, yırtıq istəmirik. Qurtuluş qurtum deyil təşnə üçün gur ümmandan, Xalq illər təsnəsidir, cənab Ali Baş Komandan. Düşmən hər fitnəsinə on illərlə dəstək gördü, Bu gün öz qarşısında dəstək deyil, dirsək gördü, Başqa bir Azərbaycan, başqa amal,məslək gördü, Rəhbərə milli inam, qələbəyə istək gördü. Bu faşist xunta hələ doymayıbdır amma qandan, Qan qusdur qurumsağa, cənab Ali Baş Komandan! Xəstə xalqlar da olur, ən yamanı qonşudadır, Yanaşı dayanmadı, ya dalda ya qarşıdadır, Üstəlik,sükanı da bir nadanda, naşıdadır, Elə divdir ki,canı şüşədə yox, Şuşadadır. Asi bir tayfa üçün yox "atəşkəs" asimandan, Sizə millət güvənir, cənab Ali Baş Komandan. Söz var fikrin mələyi, söz var onun şeytanıdır, Söz var qəlbin tıkanı, söz var gülü, reyhanıdır, Haqqa uyğunsa kəlam, könül onun heyranıdır: "Haqq bu ki,qisas yeri ancaq döyüş meydanıdır" Qətlə qatildi məsul, öc alınmaz dinc yamandan, Qalmasın həşrə qisas, cənab Ali Baş Komandan! Otuz il bir qərinə, səbrə də hədd olmalıdır, Xeyir şərlə yaşamaz, ortada sədd olmalıdır, Millət artıq dikəlir, xalqda şax qədd olmalıdır, Düşmənin mülkisi ram, ordusu rədd olmalıdır. Nə çıxar yüz beynəlxalq qətnamədən ya fərmandan, Sizə məxsusdur əmr, cənab Ali Baş Komandan. Qəsbkara tam və qəti qələbədi muradımız, Fəthə var iradəmiz, yox fatehə iradımız, Sözü,imzası keçən qurumlarda var adımız, İnşaallah, qışa qalmaz qələbə paradımız. Yağı artıq yapışır silahdan çox hər samandan, Müjdələr gözləyir xalq, cənab Ali Baş Komandan! Bu,Vətən davasıdır, hər məskən səngərdi bu gün, Bu,Vətən sevdasıdır, hər sakin əsgərdi bu gün, Yurdun hər zərrəsi zər, zümrəsi zərgərdi bu gün, Quduz it tək qovulan işğalçı ləşkərdi bu gün. Yox mədəd Allahsıza fransızdan, ya almandan, Sizi Allah qorusun, cənab Ali Baş Komandan!
Altay Cəmil
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
Bugün, 16:26 Olimpiya dünyası
-
İki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
Bugün, 12:10 Güləş
-
Rüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
Bugün, 11:40 Müsahibə
-
Bir cümlə, bir xəbər
Bugün, 11:11 Futbol
-
Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu
Bugün, 11:02 Güllə atıcılığı
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
Bugün, 10:54 Futbol
-
AGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
Bugün, 10:36 Güləş
-
Bu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bugün, 10:19 Gündəm
-
U-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
Bugün, 10:00 Gündəm
-
Dünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
27.07.2026, 20:07 Gündəm
-
Bakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
27.07.2026, 18:08 Gündəm
-
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
27.07.2026, 17:24 Voleybol
-
Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
27.07.2026, 16:44 Futbol
-
Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında
27.07.2026, 15:01 Gündəm
-
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27.07.2026, 14:54 Gündəm
-
Güləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
27.07.2026, 14:33 Güləş
-
Güləşçimiz finalın bir addımlığında
27.07.2026, 14:18 Güləş
-
Güləşçimiz dünya çempionatına qələbə ilə başladı
27.07.2026, 10:55 Gündəm
-
Bakıda güləş üzrə dünya çempionatına start verilir
27.07.2026, 09:50 Gündəm
-
Avropa Cüdo Ümidləri Turniri başa çatdı
26.07.2026, 18:40 Cüdo
-
Kanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
26.07.2026, 18:16 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
26.07.2026, 16:08 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
25.07.2026, 20:48 Cüdo
-
Avropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
25.07.2026, 19:49 Cüdo
-
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
25.07.2026, 18:58 Su idman növləri
-
U-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
25.07.2026, 17:39 Basketbol
-
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
25.07.2026, 16:47 Velosiped
-
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
25.07.2026, 14:30 Cüdo
-
Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
25.07.2026, 10:55 Cüdo
-
Natiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
25.07.2026, 10:48 Cüdo
-
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
25.07.2026, 10:41 Su idman növləri
-
Avropa Cüdo Ümidləri Turnirinə start verilib
25.07.2026, 10:13 Cüdo
-
Avropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
24.07.2026, 21:46 Cüdo
-
U17 dünya çempionatının medalları təqdim olundu
24.07.2026, 20:08 Gündəm