Rüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
Cüdo
25.07.2026, 10:55
"Azərbaycanlı cüdoçular hər zaman döyüşkənliyi və güclü hazırlığı ilə seçilirlər. İnanıram ki, bu yarışda da uğurlu çıxış edəcəklər"
Olimpnews.az xəbər verir ki, bu sözləri Avropa Cüdo Birliyinin komissarı, Olimpiya mükafatçımız Rüstəm Orucov Avropa Cüdo Ümidləri turniri zamanı jurnalistlərə müsahibəsində deyib.
Rüstəm Orucov turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
"Avropa Cüdo Birliyinin adından bu turnirdə komissar kimi iştirak edirəm. Çox yarışlarda olmuşam, amma etiraf etməliyəm ki, burada təşkilatçılıq çox yüksək səviyyədədir. Belə səviyyədə təşkil olunan yarışlara az rast gəlinir. Turnirin əsas məqsədi gənc idmançıların beynəlxalq təcrübə qazanmasıdır. Eyni zamanda klub məşqçiləri üçün də yaxşı imkan yaradılıb. Onlar da yarış prosesində iştirak edərək məşqçi kimi təcrübələrini artırırlar", - deyə Rüstəm Orucov bildirib.
Olimpiya mükafatçımız Azərbaycan cüdoçularından uğurlu nəticələr gözlədiyini də qeyd edib:
"Əlbəttə ki, idmançılarımızdan qızıl medallar gözləyirəm. Medallardan daha önəmlisi təcrübədir. Turnir çərçivəsində Yaponiya və İtaliyadan iki tanınmış cüdo mütəxəssisi ölkəmizə gəlib. Onlardan biri üçqat dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı, digəri isə Olimpiya Oyunlarının bürünc medalçısıdır. Onlar gənc idmançılar üçün ustad dərsləri keçəcəklər. Belə imkanlar uşaqların inkişafı baxımından olduqca vacibdir. Hesab edirəm ki, bu cür tədbirlərin sayı daha da artırılmalıdır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika
-
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
09.10.2026, 15:10 Su idman növləri
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
09.10.2026, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
09.10.2026, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
09.10.2026, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
09.10.2026, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
09.10.2026, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
09.10.2026, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
09.10.2026, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo