Superliqada qadınların davası baş verib

Superliqada qadınların davası baş verib

Həndbol üzrə Ukrayna Superliqasının müntəzəm mövsümündə “Dnepryanka” və “Real” komandalarının görüşünə kütləvi dava səbəbindən bir müddət fasilə verilib. Qarşılaşmada “Dnepryanka”nın xeyrinə 27:24 hesabı zamanı qapılardan birində sərt toqquşma baş verib. İdmançılar yumruqları ilə bir-birinə hücum ediblər. Daha sonra idmançıları sakitləşdirmək üçün komandaların məşqçiləri və onların köməkçiləri də davaya qarışıblar.
Bir dəqiqə davam edən qarşıdurmadan sonra komandaları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, oyun 30:28 “Dnepryanka”nın qələbəsi ilə başa çatıb.