Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

Olimpizm xəbərləri

21.11.2020, 18:00

FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb. Məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib. Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub. Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib. Qərar noyabrın 18-dən qüvvəyə minib.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR