“Tennis Australia”nın icraçı direktoru Kreyq Tilinin verdiyi məlumata görə, “Australian Open” turniri yanvarın 18-dən fevralın 8-dək keçiriləcək. “Oyunçular yanvarın 15-dən etibarən iki həftəlik karantin rejimində olmalıdırlar. Viktoriya ştatının hakimiyyəti tennisçilərə “Australian Open” turnirinə hazırlıq üçün xüsusi şərait yadacağını vəd edib”,- deyə K.Tili bildirib. Onun sözlərinə görə, karantin qaydaları çox ciddi olacaq. Lakin bundan sonra idmançılar sərbəst şəkildə istədikləri yerdə yerləşmə və getmək imkanı veriləcək.
Qeyd olunur ki, “Australian Open” azarkeşlərin iştirakı ilə təşkil olunacaq.