UFC-nin yarımyüngül çəki dərəcəsində çıxış edən döyüşçü Yair Rodriqes döyüşlərdən 6 aylıq uzaqlaşdırılıb. Bu qərarı USADA antidopinq agentliyi verib. Buna səbəb isə idmançının oqanizmində qadağan olunan maddələrin olub-olmamasını yoxlamaq üçün təyin olunan işçilərə yerləşdiyi məkanın yerini 3 dəfə deməməsi olub.
Diskvalifikasiya artıq qüvvədədir və 2021-ci ilin mart ayında sona çatacaq.
Xatırladaq ki, döyüşçu rusiyalı Zabit Maqomeşaripov ilə qarşılaşmaya əsas namizəd hesab olunurdu. Döyüş bir neçə dəfə təxirə salınıb.