Ukrayna 2030 və ya 2032-ci illərin Olimpiya Oyunlarına ev sahibliyi etməyə iddialıdır. Bu barədə İctimai Televiziyaya müsahibəsində Ukraynanın gənclər və idman naziri Vadim Qutstay məlumat verib. Onun sözlərinə görə, 10 ildən sonra Ukraynanın infrastrukturu Olimpiya oyunlarının keçirilməsinə cavab verəcək. Nazir bildirib ki, hazırda Ukrayna hökuməti Olimpiya oyunlarının hansı şəhərlərdə keçirilməsi və büdcə xərclərini müzakirə edir.
Ukrayna Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir