Qran-prinin vaxtı dəqiqləşdi

Qran-prinin vaxtı dəqiqləşdi

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Bu il 20-28 mayda paracüdo idman növü üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” 24-25 mayda baş tutmalıdır və bu, Tokio-2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq.

Qeyd edək ki, yarışla bağlı yekun qərar apreldə ölkədə tətbiq edilmiş karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.