“Böyük dəbilqə” turnirində 10 cüdoçumuz yarışacaq

“Böyük dəbilqə” turnirində 10 cüdoçumuz yarışacaq

Sabah Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Turnirdə Azərbaycanın 10 cüdoçusu qüvvəsini sınaycaq. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.