İspanlar Avropa Liqasında ingilis finalına mane oldu - FOTO

İspanlar Avropa Liqasında ingilis finalına mane oldu - FOTO

BOK

07.05.2021, 11:24

Dünən Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. "Arsenal"-"Vilyarreal" matçı qolsuz bərabərliklə başa çatıb. Bununla da, İspaniya təmsilçisi finala yüksəlib. "Mançester Yunayted" isə 6:2 hesabı ilə qalib gəldiyi "Roma" ilə İtaliyada qarşılaşıb və 2:3 hesabı ilə uduzub. İki görüşün nəticəsinə əsasən İngiltərə klubu finala adını yazdırıb. Beləliklə, həlledici oyunda "Vilyarreal" və "Mançester Yunayted" üz-üzə gələcək. Final matçı mayın 26-ı Polşanın Qdansk şəhərində keçiriləcək.

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0 İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2 Qollar: Kavani, 39 (0:1), Ceko, 57 (1:1), Kristante, 60 (2:1), Kavani, 69 (2:2), Telles, 83-avtoqol (3:2) İlk oyun - 2:6

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR