Paytaxtımız aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək

Paytaxtımız aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək

2021-ci ilin mayında Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.
Sayca 9-cu olan bu yarışlar mayın 21-23-də Milli Gimnastika Arenasında baş tutacaq.
Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.