Final İstanbuldan alınır?

Final İstanbuldan alınır?

UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhəri əvəzinə Portuqaliyanın Portu şəhərində keçirilə bilər.
Bu barədə italiyalı jurnalist şəxsi “Twitter” səhifəsində yazıb. O, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirib.
Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları qarşılaşacaq. Daha əvvəl bu matçı Londondakı “Uembli” stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.
Məlumat təsdiqlənsə, final qarşılaşması mayın 29-da “Draqau” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.