Serxio Ramos PSJ ilə 2 illik müqavilə imzaladı ​ 

Serxio Ramos PSJ ilə 2 illik müqavilə imzaladı ​ 

Fransanın PSJ klubu Madrid “Real”ından azad agent kimi ayrılan Serxio Ramosun transferini başa çatdırıb. Paris təmsilçisi 36 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb..
Qeyd edək ki, 2005-ci ildən "Kral klubu”nda çıxış edən S.Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Ramos həmçinin 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğunu qazanıb. Müdafiəçinin aktivində eyni zamanda, 2 dəfə İspaniya Kuboku və UEFA Super Kuboku var.