Olimpiya andının mətni dəyişdirilib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində dəyişiklikləri zəruri sayıb.
Açılış mərasimində idmançılar, hakimlər və məşqçilərin andiçməsi olacaq. 2018-ci ilədək bu üç kateqoriyanın hər biri ayrı-ayrılıqda and içirdi. Pxençxan-2018-də andın mətni birləşdirilib.
Tokio-2020-dəki andiçmədə 3 deyil, 6 nəfər iştirak edəcək. İki idmançı, iki hakim və iki məşqçidən hər bir kateqoriya üzrə kişi və qadın olacaq. Bu? gender bərabərliyi üçün atılan addımdır.
Andın mətninə bərabərlik və diskriminasiya ilə mübarizə də əlavə olunub: “Biz söz veririk ki, bu Olimpiya Oyunlarında iştirak zamanı ədalətli oyun qaydalarına, bərabərliyə hörmət və riayət edəcəyik. Biz birlikdə həmrəyik və öhdəlik götürürük ki, idmanla dopinq, fırıldaq, diskriminasiya olmadan məşğul olacağıq. Biz bunu komandalarımızın şərəfi, olimpizmin fundamental prinsiplərə hörmət əlaməti olaraq edirik ki, dünya idmanın köməyi ilə daha yaxşı olsun”.
«Olimpiya andı»nda dəyişiklilər olub