Olimpiya Oyunları ərəfəsində rekord yoluxma qeydə alınıb

Olimpiya Oyunları ərəfəsində rekord yoluxma qeydə alınıb

Son sutka ərzində Tokioda koronavirusa 1832 yeni yoluxma halı aşkar edilib. Kyodo agentliyi xəbər verir ki, bu, yanvar ayının ortalarından etibarən Yaponiyanın paytaxtı üçün rekord göstəricidir.
Həmçinin bu gün məlum olub ki, Tokioda keçiriləcək Olimpiadada səkkiz yeni yoluxma halı baş verib. Məlumat üçün bildirək ki, iyulun 1-dən  etibarən oyunlarda 80-ə yaxın yoluxma halı qeydə alınmışdır.
Qeyd edək ki, epidemioloji vəziyyətin pisləməsi ilə əlaqədar olaraq,  iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.