Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək. Tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.
Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tokio-2020: Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək