Bu gün Tokio-2020-də cüdo yarışlarının ikinci gününə start verilib. Azərbaycanın daha bir cüdoçusu olimpiadada mübarizəyə başlayıb. 66 kq dərəcəsində mübarizə aparan Orxan Səfərov 1/16 final mərhələsində qazaxıstanlı Yerlan Serikjanovla üz-üzə gəlib.
Rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzan O.Səfərov Tokio-2020 ilə vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Kəramət Hüseynov (66 kq) 1/8, Aişə Qurbanlı isə 1/16 final mərhələsində məğlub olub.