Stend atıcımız çıxışını başa vurdu

Stend atıcımız çıxışını başa vurdu

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını başa vurub.

İdmançımız 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb. E.Cəfərov üçüncü raundda aktivinə daha 23 xal yazdırıb.

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.