Yaponiya jurnalında Azərbaycanın uğurlarından bəhs edən məqalə dərc olunub
BOK
28.07.2021, 17:46
Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı “Gündoğar ölkə”nin nüfuzlu “Pavone” jurnalının iyul buraxılışında Azərbaycanın uğurlarından bəhs edən məqalə dərc olunub.
“Azərbaycanın 30 illik müstəqilliyi – tarix və müasirliyin birgə yaşadığı cəlbedici ölkə” sərlövhəli məqalədə ölkəmizin müstəqilliyin bərpasından sonra əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirilib. Həmçinin Azərbaycanın qədim və müasir memarlığı, görməli yerləri barədə fotolara geniş yer verilib.
Müəllif əvvəlcə bu il müstəqilliyin bərpasının 30-cu ildönümü qeyd edən Azərbaycanın tarix üçün çox qısa bir dövrdə beynəlxalq səviyyədə qazandığı böyük nüfuza və hörmətə diqqət çəkib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olaraq qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynayan etibarlı tranzit dövlətə çevrildiyini vurğulayıb.
Məqalədə Azərbaycanın sərmayəçi dövlət olması, irimiqyaslı regional layihələrdə aparıcı mövqeyi, eyni zamanda, qlobal enerji təhlükəsizliyindəki rolu qeyd edilib.
Eyni zamanda, 2020-ci ilin əvvəllərindən dünyanın COVID-19 problemi ilə qarşılaşdığı, Azərbaycanın epidemiyanın mənfi təsirini azaltmaq üçün vaxtında və səmərəli tədbirlər görən ilk dövlətlərdən biri olduğu qeyd edilib. Azərbaycanın milli və qlobal səviyyələrdə pandemiyaya qarşı təsirli tədbirlər görərək, COVID-19-la mübarizədə çoxtərəfli əməkdaşlığı təşviq etmək üçün bir sıra beynəlxalq konfranslar keçirdiyi xatırlanıb. O cümlədən ölkəmizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük töhfələr verdiyi də məqalədə öz əksini tapıb. Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərdiyi və COVID-19-la mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etdiyi bildirilib.
Azərbaycanın, eyni zamanda, turizm baxımından zəngin və cəlbedici bir ölkə olduğu vurğulanıb, tarixi yerləri barədə məlumatlar yer alıb. Azərbaycana gələn turistlərin palçıq vulkanlarından və xam neft qaynaqlarından sağlamlıq üçün istifadə etdikləri diqqətə çatdırılıb.
Yazıda paytaxt Bakının müxtəlif beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etdiyi vurğulanıb. 2015-ci ildə Birinci Avropa Oyunlarına məhz Azərbaycan paytaxtının ev sahibliyi etdiyi, 2016-cı ildən başlayaraq Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Bakıda keçirildiyi bildirilib.
Qeyd edək ki, “Pavone” jurnalı Yaponiyada turizm sektoru üzrə aparıcı nəşrlərdən biridir. Məqalənin müəllifi Akira Matsuda əvvəllər də bu jurnalda və digər nəşrlərdə Azərbaycanla bağlı məqalələrlə çıxış edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol