Fransada çempionatında kütləvi dava düşüb

Fransada çempionatında kütləvi dava düşüb

Fransa çempionatının VII turunda "Anje" - "Marsel" matçından sonra azarkeşlər arasında kütləvi dava düşüb. "Marsel" tərəfdarları final fitindən sonra meydana girərək "Anje"nın azarkeşləri oturduğu tribunaya qaçıb. Bundan sonra kütləvi dava düşüb və stadiona əhəmiyyətli dərəcədə zərər dəyib.
Digər bir mənbə, fransalı idman jurnalisti Matyo Marqiret xəbər verir ki, oyun boyu "Marsel" azarkeşləri təhqiramiz şüarlarla çıxış edirdi.