“IronWinD” turniri Pirallahı adasında

“IronWinD” turniri Pirallahı adasında

Böyük triatlon yenidən Azərbaycana qayıdır. Oktyabrın 10-da Pirallahı adasında “IronWinD” adlı turnir keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir. Turnirin iştirakçıları Olimpiya məsafəsində yarışacaqlar. İdmançılar 1,5 kilometr üzməli, 40 kilometr velosiped sürməli və 10 kilometr qaçmalı olacaqlar. İştirakçıların onlayn qeydiyyatı sentyabrın 27-də www.triterra.az saytında başlayacaq. Qeyd edək ki, ölkəmizdə triatlona maraq artmaqdadır. Həvəskar triatlonçular beynəlxalq arenada uğurla çıxış edirlər. Daha çox azərbaycanlı idmançı “Ironman” yarışlarında mübarizə aparırlar. “IronWinD” turniri ölkəmizin ən güclü həvəskar triatlonçularını bir araya gətirə bilər.