Dekabrın 6-12-də Çində keçirilməsi nəzərdə tutulan fiqurlu konkisürmə yarışı koronavirus səbəbindən təxirə salınıb. Yerli federasiyadan bildirilib ki, yarışın təşkil olunması yoluxma sayının azalmasından sonra bir daha nəzərdən keçiriləcək. Məlumat üçün bildirək ki, Çin gələn il (4-20 fevral) Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
Olimpiada ərəfəsində yarış təxirə salındı